Ədhəm Əfəndinin dediklərinə görə,
Teymurxanlıların ulu babaları isə Suriyanın Dəməşq (Şam) şəhərindən
Azərbaycan torpağına gəlmişlər. Bizim İsnov (Əsnəvi) kəndinin qəbiristanlığında
bir məqbərə vardır. Onun qəbir daşının üstündə “Xəlifə Dərviş Əli Baba Bağdadi” sözləri həkk edilmişdir. Görünür, bu məzar Abbasidlərin Azərbaycan torpağını işğal etməsi
ilə əlaqədardır.
Teymurxanlılar:
• Həbib Kəlbəxudu oğlu. Onun Tükəzban
(Böyük ana) adlı arvadı olmuş, üç oğlu və dörd
qızları olmuşdur.
• Ədhəm Həbib oğlu;
• Mirzə Məhəmməd Həbib oğlu;
• Mələk Həbib qızı;
• Mərcan Həbib qızı;
• Güllər Həbib qızı;
• Badam Həbib qızı;
• İsmayıl Həbib oğlu.
• Həbib baba, Şəhri adlı ikinci qadınla
evlənmiş, onların İsmayıl adlı oğlu doğulmuşdur.
"Şıxseyid dünyası" kitabından fraqment