Xaçmazın 32 yaşlı fəlsəfə doktoru
Ceyran 19-12-2022, 00:39 149 Xəbərlər / UğurlarımızPaşayeva Ziyarət Nağı qızı 1990-cı ilin 30 aprelində Xaçmaz şəhərində qulluqçu (ziyalı) ailəsində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub, 2011-ci ildə həmin universitetin “Bakalavr” pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kompozisiya materialları kimyası” ixtisasının Maqistratura pilləsinə daxil olub, 2013-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Təhsildə əldə etdiyi nailiyyətlərə görə 29 iyun 2013-ci ildə Bakı Dövlət Universitetinin rektorluğu tərəfindən «Fəxri fərmanla» təltif edilmişdir. 2012-ci ildə AMEA-nın Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun “Funksional oliqomerlər” laboratoriyasında kimyaçı vəzifəsində başlamış, hal hazırda qeyd olunan elmi institutda böyük elmi işçi vəzifəsində çalışır. O, "Gənc Alimlər və Mütəxəssilər Şurası"nın fəal üzvüdür. 2013-cü ildə Azərbaycan Respublikası Qadınlarının IV qurultayının nümayəndəsi olmuşdur. 20 fevral 2014-cü ildə AMEA Neft-Kimya Prosesləri İnstitutunda 2304.01- “Makromolekullar kimyası” ixtisası üzrə doktoranturaya daxil olmuş, 2017-ci ilin sentyabr ayının 29-da “İon mayelərindən katalitik sistem və həlledici kimi istifadə etməklə alkil (C1, C4, C8, C10) akrilatların sintezi və polimerləşməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2014-cü il “C2-C12 α-olefinlərin əsasında sintetik və yarımsintetik yağların alınması üçün yeni katalitik sistemlərin işlənib hazırlanması” – qrandında icraçı olmuşdur. 2016-cı ildə Russiyyada keçirilən II Beynəlxalq elmi-texniki konfransda Gənc alimlərin məruzələri arasında keçirilmiş müsabiqədə 2-ci yerə layiq görülmişdir 2017-ci ildə - elmi fəaliyyətində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının “Fəxri fərmanı” ilə təltif olunmuşdur . 2018-ci ildə - ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri arasında keçirilmiş müsabiqədə 1-ci yerə layiq görülüb . 2019-cu ildə - Harvard univeristeti tərəfindən keçirilmiş konfransda iştirak etmək üçün müsabiqədən uğurla keçərək The Harvard College Project for Asian and International Relations 2019 Asia Conference konfransında iştirak edib .
Oxşar xəbərlər
Ulu babalar, atalar, oğullar, nəsillər!..
"Şıxseyid dünyası" kitabından: Ədhəm Əfəndinin dediklərinə görə, Teymurxanlıların ulu