“Qohumlar Allahın kitabında bir-birinə daha uyğundur.Həqiqətən Allah hər şeyi biləndir “ Qurani-Kərim(Ənfal 75).
“Qohumluq əlaqəsini kəsən kimsə Cənnətə girməz.”(Hədisi –şərif)
Ayə və hədisdən sitat gətirməyim təsadüfü deyil.Qohumluq və qohumluğun belə demək mümkünsə bünövrəsi olan soyad haqqında fikirlərimi bölüşmək istərdim.
Soyad-bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adıdır.Soyad- geniş mənada millətin pasportudur.
Adlar və soyadlar özündə milli dəyərləri əks etdirməklə yanaşı milli mənsubiyyətin güzgü effektidir.İnsanın kimliyi,kökəni,milli geni,şəcərəsi baxımından bu məlumatlar müstəsna əhəmiyyətə malikdir.Soyad və ya soyad sayıla biləcək ad tərkibləri buna zərurət yaranmağa başladıqdan sonra ortaya çıxmağa başlamışdır.Yəni tək bir adla insanları kodlaşdırmaq yetərli olmadığı zaman yeni bir sistem özü-özünə ortaya çıxmağa başlamış və getdikcə təkmilləşərək bugünkü anlamında soyad kimi qurumlaşmışdır.
Azərbaycanda özünəməxsus adlandırma (soyad) ənənələri olmuşdur. XVII əsrdə yaşamış Xivəli Əbdülqazi Bahadır xanın “Türkmənlərin şəcərəsi”ndə(Şəcəreyi-tərakimədə)göstərir ki,Oğuz xanın altı oğlundan dünyaya gələn nəvələri,özündən sonra nəslin soy kötüyünə çevrilən nümayəndələrdən bir qismi belə adlanırdı:Turbatlı,Kəraylı.Sultanlı,Oklı,Kökli,Suçlı...III-V əsrlərdə türk mənşəli -oğlu,-qızı sonluqlarından istifadə olunmuşdur.Məsələn:Ulaş oğlu Salur Qazan,Bəybecan qızı Banuçiçək,Dirsəxan oğlu Buğa və s.
VII-XVI əsrlərdə əsasən nisbələrdən istifadə olunurdu.Belə ki,nisbə -ərəb ad sistemində əsas ad kateqoriyasına daxil olan antroponimik vahiddir.O,şəxsin anadan olduğu və ya yaşadığı ölkənin,şəhərin,kəndin və s.adını bildirir.Nizami Gəncəvi,Xaqani Şirvani və s.
Qeyd edək ki,müxtəlif xalqlarda nəsil adı ilə adlandırma nə qədər qədim olsa da “familiya”(soyad) termininin özü eramızın III-IV əsrlərində yaranmışdır.Latın dilində “ailə “, “qohum-əqrəba”, qulluqçular da daxil olmaqla bütün ev əhlinin cəmini bildirən familiya ictimai –tarixi hadisə kimi IV əsrdə
1
İngiltərədə, X-XI əsrlərdə İtaliyada,XV-XVI əsrlərdə Danimarkada,XVIII əsrdə Şotlandiya və İrlandiyada yayılmışdır.Familiya 1926-1934-cü illərdə Mustafa Kamal Atatürk tərəfindən Türkiyədə, təxminən eyni tarixdə İranda,1950 illərdə Misirdə, 1959-cu ildə Tunisdə rəsmiləşdirilmişdir.Rusiyada isə familiya 1703-cü ildə I Pyotrun hakimiyyəti zamanında tətbiq olunmuş və əsasən dövlət xadimlərinə,knyaz və mülkədarlara verilmişdir.Rusiyada familiyaların formalaşmasında türk mənşəli rus boyarlarının böyük rolu olmuşdur.Təəssüflə qeyd etmək lazımdır ki,bu günümüzdə də (baxmayaraq ki, 30 ildən çoxdur müstəqilik) istifadə olunan –ov,-yev,-ova,-yeva soyad sonluqları XIX əsr Azərbaycanın Rusiyaya birləşməsindən sonra geniş vüsət aldı.Beləliklə Azərbaycanda “ruslaşmış soyadlar” variantından istifadə olunmağa başlanıldı.
Azərbaycan dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra bu sahədə vəziyyətin nizamlanması məqsədilə Milli Məclisin”Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması”haqqında 2 fevral 1993-cü il tarixli qərarına əsasən Azərbaycan vətəndaşlarına soyadlarındakı –ov,-yev sonluqlarını “-zadə”,-“lı”,”-oğlu”,”-qızı”sonluqları ilə əvəz etmək və yaxud öz soyadlarını sonluqsuz yazmaq imkanları verilmiş,Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları təsdiqlənmişdir.Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci il yaz sessiyası ilə baglı ilk iclasda bu məsələ müzakirə edildi.Qanun lahiyəsinin təkmil şəkildə hazırlanaraq zəruriliyi vurğulandı.Lakin təəssüf ki bununla bağlı bu vaxtadək heç bir qanun qəbul edilməyib.Hətta qanunvericilikdə-xanlı,-bəyli sonluqlarının ancaq xan,bəy nəsillərinə verilə biləcəyi qeyd olunub.Xanlı və bəyli sonluqlarından istifadə etmək istəyənlər arxivlərdən lazımı sənədləri tapıb müvafiq orqanlara təqdim etməlidirlər.
Heç şübhəsiz soyadların sonluğu yalnız vətənpərvərlik və vətənə sevgi göstəricisi deyil.Lakin hər bir şeyin iyi,qoxusu olduğu kimi milli sözün ,soyadında gözəl bir rayihəəsi vardır.Müstəqil Azərbaycanın özünün müstəqil ,ənənələrə söykənən ad və soyad siyasəti ,ad və soyad yaradıcılığı olmalıdır.Gəncliyin milli şüurunun və vətənpərvərlik tərbiyəsinin formalaşmasında da bu amilin xüsusi yeri vardır.
Çox şükürlər olsun ki,bizim nəslə mənsub olan Teymurxanlı soyadı bu
günümüzədək böyük bir nəslin dəyişilməz soyadıdır.Dəyişilməz yazıram niyə?
Çünki 70 illik sovet rejimində əzablı günlərə,repressiyalara tab gətirdi bu soyad və mənsubları.Əvvəl atamın əmisi Ədhəm (Əfəndi) Teymurxanlı”panislamist” kimi həbs edildi.Sonralar bəraət alaraq Xaçmaz şəhərində məscidin əfəndisi vəzifəsində çalışdı. Babam Teymurxanlı Məhəmməd Həbib oglu 1937-ci ildə “pantürkizm”cərəyanının mənsubu kimi həbs edilərək Sibirə göndərildi,Quba şəhərindəki evi müsadirə olundu,yoldaşı və uşaqları evdən qovuldu.Düzdü sonralar yəni 1956-cı ildə bəraət alır və evi ailəsinə qaytarılır.1993-cü il 13 iyulda Nazirlər Kabinetinin 383 nömrəli qərarı ilə İsnov kənd məktəbi Məhəmməd Teymurxanlının adını daşıyır.1937-1956 ilədək olmazın əzabların çəkir bu ailə.Atam İrfan Teymurxanlının təbirilə desək:”Mənə elə gəlirki ,biz burada əqidə nümayiş etdirdik.Yəni bizim hamımızı tutsalarda bu bizim soyadımızdı və biz öləndə də bu soyadla ölməliyik”.Bəli, bəziləri, bəlkə də ailələrini qorumaq üçün müxtəlif soyadları qəbul etdilər.Məsələn: Allahverdiyev,Babayev,Mütəllimov,Ağayev və s. Bəs niyə TEYMURXANLI? Ümumiyyətlə maraqlıdır ki,Quba rayonunun İsnov,Lahıc,Gədik kəndlərində məskunlaşmış əhalinin bir qisminin soyadları Teymurxanlı,Axundlu,Zamanlı,Kərimli və Şeyxkərimli idi.
Babalarımızın dediklərindən belə məlum olur ki,bu soyadları daşıyanlar bu ərazilərə Suriyanın Şam,Hələb şəhərlərindən köçmüş nəsillərdir.Soyadların mənası və sonluğuna baxılsa, türk dillərinə mənsub olduğu görünür.”Teymur-Temir-Dəmir” türk mənşəli sözdən,”xan” türk tayfalarında titul və -lı sonluğu türk mənşəli sonluqdan yaranıb.Soyadların türk mənşəli olması bu nəsillərin ən qədim türk soylarından olmasına əsas yaradır.
İstər nənəm Sənubər(Mələkzadə) Axundlu,(Teymurxanlı),Ərmənüsə Teymurxanlı,(Kərimova) , Rizvan əmimdən və atam İrfan Teymurxanlıdan bu soyun başçısının Qızılqurşaq Şeyx Əhməd olduğunu eşitmişəm.Ədhəm əfəndi Teymurxanlı da deyirmiş ki,Qızılqurşaq Şeyx Əhməd Suriyanın Şam bölgəsindən Azərbaycana daha dəqiq desək ,Şamaxıya oradan Qubaya gəlmişdir.
Deyilənlərin təsdiqini tapmaq üçün araşdırmağa başladım.Ümümiyyətlə, Azərbaycan ərzisinə Suriyadan xüsüsən Şam və Hələb bölgəsindən gələn tayfalar,nəsillər haqqında məlumat topladım.Bütün mənbələrdə Suriyanın Şam və Hələb bölgəsindən Azərbaycana gəlmiş türk əsilli “Şamlı” tayfasından bəhs olunur.
Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin(Baharlı)”Azərbaycan “adlı kitabında belə yazır:”...1034 cü ildən
başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır...Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan(o zaman Suriya Osmanlı imperiyasının tərkibində olub) səlcuqlardan ibarətdir.Onlar “şamlı”adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışdılar.Buradan da onlar Azərbaycana keçərək Şirvanda və digər ərazilərdə yerləşmişdilər.
Türk tətqiqatçısı Adnan Menderes Qayanın “Afşar Türkmənləri”adlı kitabında Şamlı tayfası haqqında geniş məlumat verilir.Şamlıları Hələb türkmənlərindən hesab edir və afşarlara qarışdığını deyir.QUTLUXANLI tayfasına mənsub bu camaatın 1543-cü ildə ortaya çıxdığını qeyd edir.
Türkiyəli professor Əbdülxaliq Mehmet Çayın “Azərbaycan və Türklər” məqaləsində türkəsilli qızılbaş aşirətləri aşağıdakı kimi sırallamışdır.Şamlı,Ustaglu,Təkəli,Husunlu və s.
Professor Oktay Əfəndiyev Şamdan gələn 32 ailə və aşirət göstərməkdədir.Türkiyənin Balıkəsir Universiteti tarix bölümünün dosenti Abdulməcid Mutaf Balıkəsirdə Suriyadan köçən Şamlı ailələri haqqında yazır.Həmçinin Elazıq vilayətinin Üzünverən kəndində Şamlıların yaşamasını qeyd edir.
Cavad Heyət “Azərbaycanın Türkləşməsi və Azərbaycan Türkcəsinin təşəkkülü” əsərində Əmir Teymurun Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox Türk boylarını Suriya və Anadoludan Azərbaycana gətirdiyi qeyd olunur.Bunlar Şamlı,Qacar,Afşar,Baharlu,Bəydili və s.Həmin tayfalardan bəziləri Ərdəbildə Sələfiyyə təriqətinin qurucusu Şeyx Şəfiəddin Ərdəbilinin nəvəsi bu təriqətin rəhbəri Şeyx Əlinin xidmətində qaldılar.Sonralar bəziləri Azərbaycana köçdülər.
Abbasquluağa Bakıxanov “Gülüstani-İrəm”adlı əsərində yazır:...Sultan Məhəmməd Xudabəndə(Şah İsmayılın böyük qardaşı)taxta oturdu...Şamlı tayfalarının bir neçəsinə Şirvanda torpaq verdi.Xalqının etnik tarixinə yaxından bələd olan müəllif türk tayfalarının Azərbaycanda yayılma arealına xüsusi diqqətlə yanaşaraq yazırdı:”Quba və Şirvanda Zəngənə,Xəlili və Gəngərli;Şirvanda Qaramanlı,Təkəli,Şamlı və Çakərli;Qubada Ocallı,Ərşəli,Ustacallı və Qacar tayfaları;Quba,Dərbənd və Şirvanda Bayat qbiləsi;Şəkidə və Şirvanda Qaraqoyunlu,Xələc və s. bir çox tayfalar vardır.
Yenə A.Bakıxanovun “Gülüstan-İrəm” , Şahin Fazilin “Quba tarixi” kitabında Qubalı Fətəli xan dövründə Şahsevən , Şamlı türk tayfalarının Quba-Şirvan ərazisinə köçürülməsindən qeydlər vardır.
Teymurxanlı adı S.Quliyev ,T.Abbasov,F.Quliyevin “Cəbrayıl” kitabında qeyd olunur.Bu Əhmədli,Heydərxanlı və s. Türk tayfalarının yaşadığı Teymurxanlı kəndidir.
Bütün bu məlumatları ümumiləşdirərək təxmin edə bilərik ki,babalarımızdan eşitdiyimiz bu nəslin banisi Qızılqurşaq Şeyx Əhməd Suriyanın Şam bölgəsindən yəqin ki ,Əmir Teymurun özü ilə Azərbaycana gətirdiyi türk soylu Şamlı tayfa,tir və ya aşirət başçılarından birinin adıdır.Teymurxanlı soyadı da Əmir Teymura baglılığın əlamətidir.
Ehtimal olunan digər versiya da Azərbaycana köçmüş sufi şeyxləridir.Məsələn Qubanın Puçuq kəndində qəbri ziyarətgaha çevrilən Şeyx Əzizəddinin( babaları Şamdan Şirvana gəlmiş şeyxlər olub ),,”QUBA dövrün adət və qaydaları” kitabında qeyd olunan Şeyx Zeynuddin,Qubanın mərkəzində, Fətəlixan küçəsində məqbərəsi olan Şamdan gəlməsi ehtimal olunan Şeyx İbrahim və ya Təkəyşıxı(Gültəpə) kəndindəki Şam şəhərindən gəlməsi deyilən Baba Məhəmməd ,Qubanın Hapıt kəndində Babadilimi (üzərində olan kitabədə Şeyx Kamil,Şeyxzadə,Şeyx Mir Hacı,Şeyx Səid,Şeyx Cami və s şeyxlərin fəaliyyət göstərdiyi X-XII əsrlərə aid sufilik mərkəzi) pirlərini göstərə bilərəm.Lakin qeyd etdiyim bu şəxslər dini yaymaq niyyəti ilə gəlmiş təriqət şeyxləridir və əsasən dərviş həyatı keçirmişlər.Axtarışlarımda Şabranın Dagbilici kəndində Xəlifə Seyid Əhməd, Şəkinin Baş Şabalıdlı kəndində yerləşən Şeyx Əhməd ,Agsunun Mustafalı kəndində Şeyx Əmir Əhməd türbəsi ( 1722-ci ildə inşa olunub) adlı ziyarətgahlarada rast gəldim.Belə məlum olur ki,orta əsrlərdə Şirvanda sufilik xüsusən xəlvətiyyə qolu yayılmışdı və islamı yaymaqla məşqul olan sufi şeyxləri toplaşırdılar.Umumiyyətlə bizim nəslin başçısı sayılan Qızılqurşaq Şeyx Əhmədin islam dinini yaymaq məqsədilə Azərbaycana üz tutmuş sufi şeyxlərindəndə olması istisna olunmur.
Atam Teymurxanlı İrfan Məhəmməd oğlu, əmisi Ədhəm əfəndidən ,anası Məkləkzadədən babalarımızın adlarını belə eşitdiyini deyərdi:1Qızılqurşaq Şeyx Əhməd,2Kəlbə Xudi,3İshaq,4Həbib.
Əlimizdə olan rəsmi məlumatlarda yəni Azərbaycan Tarix Qurumunun nəşr etdiyi “Quba Əyalətinin Kameral Təsiri”(1831-ci iıdə kollec registratoru Xatyanovski tərəfindən tərtib edilmişdir,tərcümə-professor Tofiq Mustafazadə Bakı-”Sabah”-2008)kitabında İsnov kənd sakinlərindən Kərbəlayı Xudi Məhəmməd oğlu- 60 yaş,onun oğlu Musa və nəvələr i İsa və İshaq qeyd olunub.
Mən atamdan eşitdiyim adlarla,kameral təsvirdə qeyd edilmiş adların eyni adamlar olmasını dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Tarix Arxivinə bu mənbələr əsasında yazılı müraciət etdim.Və müraciətimə cavab verildi.Beləki 1831,1850,1886-ci illərdə keçirilmiş kameral təsvirlərdə İsnov kəndində yaşayan Kərbəlayı Xudinin oğlu, nəvə və nəticələrinin adları məlum oldu.Atamdan eşitdiyim babalarımızın adı ilə “Quba Əyalətinin Kameral Təsviri” kitabında qeyd olunmuş adlar eynilik təşkil edirdi.Həmçinin Teymurxanlı soyadını daşıyanların bir qismi İsnovla yanaşı Lahıc(hazırda bu kənd dağılıb)kəndində yaşayıblar.1831-ci il kameral təsvirdə Lahıc kənd sakini Allahverdi Qədir oğlu 29 yaşında ,oğlanları Şıxəli və Güləli qeyd olunub.Bu məlumatlar da əlimizdə olan (Nəsrəddin Bilalovun 1975-ci ildə nənəsi Pəlvər Axundlu və Sənubər(Mələkzadə)Axundlu ilə birlikdə yazdıqları)nəsil şəcərəsi ilə eynilik təşkil edir.
Əvvəldə sadaladığım soyadların mənsubları TEYMURXANLILAR,ZAMANLILAR,AXUNDLULAR,ŞEYXKƏRİMLİLƏR,KƏRİMLİLƏR və TEYMURXANLI olub soyadlarını dəyişənlər bu gün dünyanın müxtəlif ölkələrində yaşayırlar.Eləcədə Azərbaycanın əsasən Bakı və Sumqayıt şəhərlərində, Quba,Xaçmaz,Şabran,Siyəzən rayonlarında yaşayır,ictimai-siyasi hadisələrində yaxından iştirak edirlər.1937-ci ilin repressiya qurbanı olmuş babam Teymurxanlı Məhəmməd keçən əsrin əvvəllərində İbrahimxəlil əfəndi tərəfindən Quba şəhərində təşkil olunmuş ilk mədrəsədə oxumuş, Bakıda ali təhsil aldıqdan sonra Zaqatala Kənd Təsərrüfatı Texnikumunda daha sonra 1937-ci ilədək Quba şəhərində texnikumunda türk dili müəllimi işləmişdir.O.Qubanın ilk maarifçilərindən idi. Həmçinin Kərimlilərdən olan Şıxseyid Kərimov 1966-1971-ci illərdə Quba rayon partiya komitəsinin 1-ci katibi işləmişdir.Əsasən Quba şəhərində yaşayan Teymurxanlılar müxtəlif peşə,sənət sahibidirlər. Umumiyyətlə yuxarıda sadaladıgım soyad sahiblərinin aralarında
müəllimlər və həkimlər daha çoxdu.Bəlkədə təvazökarlıqdan kənara çıxıram ,bu
soyadların mənsubları daha çox ziyalı,kübar və savadlı insanlardı.
6
”Ot kökü üstə bitər”.Hər kəs də o kökə baglanmaq və o soydan qida almaq istəyir.Qoy bu şəcərə mənsubları harada yaşadıqlarından,hansı peşə sahibi olmağından aslı olmayaraq ,ən mədəni,ən elmli,ən insanpərvər insanlar olsunlar.
Teymurxanlı Nafiq İrfan oğlu
7
Oxşar xəbərlər
Aynurə Nağı qızı Paşayeva
Aynurə Nağı qızı Paşayeva 26 oktyabr 1991-ci il tarixində Xaçmaz şəhərində anadan olmuşdur.
19.12.22
Xəbərlər / Uğurlarımız
Qaytar inamımı
Topluda Xaçmazda yaşayıb yaratmış jurnalist, şair və nasir Həqiqət Seyfəddin qızı Əliyevanın bəzi
25.12.22
Kitablar
Şıxseyid dünyası
21.12.22
Kitablar
Ulu babalar, atalar, oğullar, nəsillər!..
"Şıxseyid dünyası" kitabından: Ədhəm Əfəndinin dediklərinə görə, Teymurxanlıların ulu
16.12.22
Xəbərlər
Teymurxanlı Nafiq İrfan oğli
06.01.23
Şəcərəmiz